Siyasət

Rusiya Qarabağ məsələsində mövqeyini ortaya qoydu

6 May 2016 14:44
Baxış: 6 476

"Dağlıq Qarabağın taleyi siyasi-diplomatik vasitələrlə həll edilməlidir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin 2009-2013-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə verdikləri bəyanatlarda münaqişənin nizamlanması prinsipləri arasında qeyd edilir ki, Dağlıq Qarabağın statusu bu region xalqının mütləq hüquqi cəhətdən iradə bildirməsi əsasında müəyyənləşdirilməlidir. Rusiya bu məqsədin reallaşdırılmasında bütün zəruri köməyi göstərməyə hazırdır".

Qeyd edək ki, həmin bəyanatlarda göstərilir ki, münaqişə nəticəsində Dağlıq Qarabağdan didərgin düşmüş Azərbaycan vətəndaşlarının bu əraziyə geri dönməsindən sonra status xalqın mütləq hüquqi cəhətdən iradə bildirməsi əsasında müəyyənləşdirilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.