Siyasət

"Ermənistan Azərbaycan üçün yeni qapı açacaq"

4 May 2016 16:49
0 Şərh     Baxış: 3 598

"DQR"in müstəqilliyinin tanıması, yaxud özünə birləşdirməsi halında Ermənistan Azərbaycan üçün yeni qapı açacaq.

Milli.Az avropa.info-ya istinadən bildirir ki, bu açıqlama ilə MDB ölkələri üzrə Institutun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov çıxış edib. 

"Ermənistan "DQR"in müstəqilliyini o zaman tanıya bilər ki, tamamilə başqa yolu qalmasın. Bu halda Azərbaycan danışıqlar prosesindən çıxacaq. ATƏT-in Minsk qrupu nizamlama mandatından məhrum olacaq", - Markarov belə deyib.

Politoloqun  fikrinə görə, "DQR"in tanınması ilə separatçı respublika tamamilə fərqli beynəlxalq subyekt statusu qazanacaq. Bu, o demək olacaq ki, prosesi davam etdirmək üçün Ermənistanın başqa variantı qalmayıb. 

Xatırladaq ki, Ermənistan hökuməti 5 mayda "DQR"in tanınması ilə bağlı qanun layihəsini parlamentə çıxarmağa hazırlaşır. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.