Siyasət

Novruz Məmmədov: "Ermənistan rəhbərliyi nə edəcəyi barədə bir qərara gələ bilmir"

1 May 2016 23:37
Baxış: 1 399

Ermənistan tərəfi və Ermənistan rəhbərləri nə edəcəkləri barədə bir qərara gələ bilmirlər. Hazırki vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur gah da mıxa. Biri bir söz deyir digəri onun əksinə olan başqa bir söz deyir. Bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb: "Azərbaycanın səbri tükənə bilər. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar".

Norvruz Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin nüfuzuna təsir etməyib: "Azərbaycana investisiya qoymaq, Azərbaycanla əməkdaşlıq etmək arzusu çoxalıb."

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.