Siyasət

Almaniya səfiri Azərbaycan xalqını təbrik etdi

31 Dekabr 2015 13:08
0 Şərh     Baxış: 746

Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel Yeni il bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Milli.Az "Report"a istinadən bildirir ki, H.Tempel təbrikdə qeyd edib ki, 2015-ci il bir çox mühüm hadisələrlə yaddaşlarda qalacaq.
"May ayının əvvəlində Bakıda böyük miqyasda keçirilən Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının iclasına bir çox qitədən maliyyə və inkişaf siyasətçiləri gəlmişdirlər. Bundan sonra, Avropadan 1 000-dən çox idmançının və xarici qonaqların da iştirak etdiyi I Avropa Oyunları keçirilib. Hər birimiz 17 gün ərzində Azərbaycanda möhtəşəm ev sahibliyi və böyük idman bayramının şahidi olduq", - deyə H.Tempel əlavə edib.
Təbrikdə səfir iki ölkə arasında əlaqələrin qurulmasında gənclərin rolunu da qeyd edib: "Bu baxımdan, Almaniyaya böyük marağı olan gənc azərbaycanlılar, IPS, DAAD və menecer proqramlarının təqaüdçüləri iki ölkənin xalqları arasında gələcəyə aparan körpü qururlar".
Sonda almaniyalı diplomat azərbaycanlılara uğurlu və sağlam Yeni İl arzu edib.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.