Siyasət

"Birinci Avropa Oyunları Azərbaycan üçün böyük təşviqat kampaniyasıdır"

28 May 2015 11:05
Baxış: 496

"Birinci Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliğ edilməsi üçün böyük bir hadisədir".

Bu barədə Trend-ə Litvanın mədəniyyət naziri Sarunas Birutis deyib.

O qeyd edib ki, Azərbaycan artıq öz iqtisadi və siyasi nailiyyətlətri ilə dünyada güclü nüfuz qazanıb: "Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycan haqqında kifayət qədər məlumatı olmayan insanların ölkə haqqında geniş bilgi əldə etməsi üçün böyük təşviqat kampaniyasıdır".

İki il öncə Bakıda olduğunu qeyd edən nazir ötən müddət ərzində şəhərdə təəccübləndirici dəyişikliklərin olduğunu bildirib: "Avropa Oyunlarına qısa müddət ərzində bu cür yüksək səviyyədə hazırlaşmaq, əlbəttə, təəccübləndiricidir".

Litvalı nazir əlavə edib ki, idman mədəniyyətimizin bir hissəsidir və mühüm əhəmiyyət kəsb edir, çünki müxtəlif millətlərdən olan insanlar bir araya gəlirlər: "Əlbəttə, bu cür görüşdən sonra insanlar bir-birlərini daha yaxşı başa düşürlər. Bu baxımdan Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan sülhə və sabitliyə də öz töhfəsini vermiş olur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.