Siyasət

Azərbaycan Prezidenti Mərakeş və Uruqvayla gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişləri təsdiq etdi

20 Oktyabr 2014 22:55
Baxış: 415
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişi təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident qərara alıb ki, "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2014-cü il mayın 12-də Rabat şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Prezident, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişi təsdiq edib.

Prezident qərara alıb ki, "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2014-cü il iyunun 10-da Montevideo şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.