Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə aprelin 9-da İrana rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir.
İranın rəsmi İRNA agentliyi və "İRİBNews" televiziya kanalı dövlətimizin başçısının "Mehrabad" hava limanında bu ölkənin rəsmiləri tərəfindən qarşılanması, "Səadabad" sarayında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi, həmkarı Həsən Ruhani ilə görüşü və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında üç anlaşma memorandumu və bir sazişin imzalanması mərasimindən geniş xəbər və reportajlar vermişlər.
Xəbərlərdə dövlət başçılarının ikitərəfli əlaqələrin perspektivləri ilə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi apardıqları vurğulanır. Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacağı da qeyd edilir.
"Aftabnews" və" Bultannews" internet qəzetlərində yer almış xəbərlərdə də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış sənədlərdən söhbət açılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri qonşu ölkənin "Mehr" və "Fars" xəbər agentlikləri, "Tehran Times" və digər mətbuat orqanları tərəfindən də geniş şəkildə işıqlandırılmışdır. Dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin zəruriliyinə dair bəyanatı bütün mətbuat orqanlarında yer almışdır.
İran Prezidenti Həsən Ruhaninin isə "regiondakı problemlərin, o cümlədən Qarabağ məsələsinin beynəlxalq normalar və ədalət çərçivəsində həll olunmasına var gücümüzlə hazırıq və regionda coğrafi sərhədlərin dəyişdirilməsi qəbul edilməzdir" sözləri rəsmi Tehranın mühüm bəyanatı kimi verilmişdir.
KİV-lərdə mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi və iki ölkənin vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması üçün lazımi işlər görüləcəyinə, habelə Xəzər dənizinin hüquqi statusu sahəsində görüləcək işlərə dair dövlət başçılarının fikir mübadiləsi apardıqları da bildirilir.
Milli.Az
Siyasət
Prezident İlham Əliyevin İrana rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir
9 Aprel 2014 22:07
Baxış: 892
DİGƏR XƏBƏRLƏR
- ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır - Sevil Mikayılova - VİDEO
- Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova - VİDEO
- Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək
- İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO
- Prezidentin adından saxta məlumat yayıldı - Rəsmi - FOTO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
XƏBƏR LENTİ
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ
- Azərbaycan 2250 universitet arasında yer ala bilmədi, səbəb...
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Karateçilərimiz Venetsiyada
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
- Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
- Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq
- 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr
- Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO
- Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
- Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
- Günün qoroskopu: Gizli məlumatlar ortaya çıxa bilər, diqqətli olun
- Ümid edirik ki, bu tarixə kimi Bakı ilə sülh olacaq - Xaçatryan