"Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgə yaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir".
Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz plenar sessiyasında macarıstanlı deputat Ferenc Kalmar tərəfindən hazırlanan "Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları" adlı hesabatla bağlı müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
Millət vəkili çıxışında bildirib: "Azlıqların taleyi tamamilə ölkənin xoş məramından və demokratiyanın dərəcəsindən asılıdır. Biz fəxr edirik ki, etnik azlıqlar bütün hüquqları Azərbaycanda təmin olunur. Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgə yaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir".
O qeyd edib ki, milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakı Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadıqları ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər parlament və dövlət qurumlarında təmsil olunur.
S.Fətəliyeva bildirib ki, ölkəmizdə pravoslav və katolik kilsələr, yəhudi sinaqoqları dövlət tərəfindən bərpa olunur və tikilir: "Bütün etnik qruplar üçün ölkənin siyasi həyatında iştirak edə biləcəyi mühiti yaratmaq lazımdır. Cəmiyyətdən sərhədlər götürülməlidir ki, hər kəs öz dininə, mədəniyyətinə əməl edə bilsin. Dövlət və vətəndaşlar arasında qarşılıqlı iş birliyi olmalıdır. Ölkə etnik azlıqların hüquqlarını təmin etməli, digər tərəfdən də azlıqlar ölkənin milli maraqlarından ayrılmamalıdır. Qarşılıqlı hörmət və ölkənin inkişafı uğrunda fəaliyyət hansı etnik qrupa məxsus olmaqdan asılı olmayaraq bütün xalqı birləşdirir".
Milli.Az
Siyasət
Millət vəkili: "Azərbaycan müxtəlif etnik və dini qrupların birgə yaşadığı çoxmillətli və çoxdinli ölkədir"
9 Aprel 2014 17:36
Baxış: 760
DİGƏR XƏBƏRLƏR
- ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır - Sevil Mikayılova - VİDEO
- Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova - VİDEO
- Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək
- İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO
- Prezidentin adından saxta məlumat yayıldı - Rəsmi - FOTO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
XƏBƏR LENTİ
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ
- Azərbaycan 2250 universitet arasında yer ala bilmədi, səbəb...
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Karateçilərimiz Venetsiyada
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
- Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
- Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq
- 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr
- Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO
- Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
- Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
- Günün qoroskopu: Gizli məlumatlar ortaya çıxa bilər, diqqətli olun
- Ümid edirik ki, bu tarixə kimi Bakı ilə sülh olacaq - Xaçatryan
- İlham Əliyev Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharında iştirak edib