Dünya

ABŞ Rusiyaya əzələ nümayiş etdirir

9 Aprel 2014 11:19
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın şərqində və cənub şərqində vəziyyətin gərginləşdiyi bir vaxtda ABŞ-ın "Donald Cook" adlı mina gəmisi Kiyevə və NATO müttəfiqlərinə dəstək üçün Qara dəniz sularına daxil olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, gəmi Aegis raket əleyhinə müdafiə sistemi ilə təchiz olunub. 

Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Montre konvensiyasını pozmaqda ittiham edib. Həmin sənəd Qara dəniz hövzəsinə daxil olmayan ölkələrə məxsus hərbi gəmilərin bu dənizdə mövcudluğunu məhdudlaşdırır. 

Pentaqon isə Lavrovun ittihamlarını əsassız adlandırıb və qeyd olunub ki, ABŞ beynəlxalq qanunvericiliyə uyğun olarq, sadə təcrübə əsasında Qara dənizdə mövcudluğunu qoruyur. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.