Siyasət

YAP-da Hüseyn Paşayevə yenidən etimad göstərildi

8 Aprel 2014 13:55
Baxış: 812
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib.

YAP-dan Trend-ə verilən məlumata görə, Hüseyn Paşayev Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıcağında Komitəyə yenidən sədr seçilib.

Yığıncaqda həmçinin Komitənin İdarə Heyətinə və Təftiş Komissiyasına seçkilər keçirilib. Seçkilər nəticəsində İdarə Heyətinə 9, Təftiş Komissiyasına isə 3 üzv seşilib.

Yığıncaqda həmçinin YAP icra katibinin müavinləri Mübariz QurbanlıSiyavuş Novruzov da iştirak ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.