Siyasət

Cəbhə xəttində mina partlayıb, ordumuzun 3 hərbçisi həlak olub, yaralı əsgərlərin adları açıqlandı - YENİLƏNİB - VİDEO

8 Aprel 2014 18:12
1 Şərh     Baxış: 11 506
16:19

Ötən gecə saat 22:30-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlaması nəticəsində Ordumuzun 3 hərbçisi ölüb, 6 əsgər ağır yaralanıb. Şəhid olanlar Azərbaycan Ordusunun hərbçiləri - əsgər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev olub.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhid olan 19 yaşlı Seyfəddin Kərimov Gəncə şəhər sakinidir. O, ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Hazırda Kərimovun ailə üzvləri və yaxınları mərhumun dəfn mərasiminə hazırlaşırlar. Mərhumun nəşinin axşam saatlarında ailəsinə təhvil veriləcəyi gözlənilir.

Nəvai Kərimov, şəhidin atası: "Yunan- Roma güləşi üzrə yeniyetmələr arasında üç dəfə respublika çempionu olub. Mənimlə danışanda heç nə demirdi. Nə soruşurdum deyirdi hər şey yaxşıdır".

----------
13:44


Trend bildirir ki, cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan daha bir hərbi qulluqçu Musayev Bəhruz Məhəmmədəli oğlu da hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.

Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

---------
11:25

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Həlak olan hərbi qulluqçular:
- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:
- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.

Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində yerləşən hərbi hospitaldadırlar.

Ağır yaralı əsgər Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerindədir.

----------
11:02

Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində yaralanan əsgərlərin adları məlum olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, yaralanan əsgərlər Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin TalıbovAzər İsgəndərzadədir. Yaralı əsgərlər hospitala yerləşdiriliblər. Müxtəlif dərəcəli xəsarətlər alan əsgərlərin vəziyyətləri orta-ağırdır.

----------
09:49

Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin dünyasını dəyişməsi və 4 əsgərin ağır yaralanması faktını araşdırır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı anspress-ə açıqlamasında hadisənin araşdırıldığını deyib. Araşdırmalardan sonra hadisə barədə ətraflı məlumat veriləcək.

---------
09:40

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.
 
Səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər. Ordumuzun daha bir neçə hərbçisinin agır yaralandığı bildirilir.

Milli.Az

----------
18:12

Videoları izləmək üçün şəklə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.