Siyasət

Azərbaycan CAR-da "Coburq Səyahət Festivalı"nda təmsil olundu - FOTO

7 Aprel 2014 15:08
Baxış: 464
Aprelin 5-6-da Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi və "CAR-da Azərbaycanın dostları" təşkilatının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Cohannesburq şəhərində baş tutmuş turizmin inkişafına həsr edilmiş "Coburq Səyahət Festivalı"nda (Joburg Travel Festival) Azərbaycan xüsusi guşə ilə iştirak edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin məlumatında bildirilir.

CAR-da ilk dəfə təşkil edilən festivalın əsas məqsədi bu ölkədə fəaliyyət göstərən turizm şirkətlərini və səfirlikləri bir araya toplayaraq gördükləri işləri və xarici ölkələrin turizm potensialını nümayiş etdirmələri və ümumilikdə CAR ictimaiyyətinə səyahət etmək üçün yeni və nadir ölkələrin təqdim edilməsi olub.

Səfirlik Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin çap materialları, foto şəkillər, xalçalar, kitablar, turizm bukletləri və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib. Festivalda Naxçıvana aid xüsusi təbliğat və foto materiallar nümayiş etdirilib. Səfirliyin guşəsində 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş "CAR-da Azərbaycanın dostları" təşkilatının da təbliğat materialları yer alıb.

Ziyarətçilərə ölkəmiz barəsində məlumat kitabçaları və təşkilatın bukletləri paylanılıb.

Festival zamanı səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupu tərəfindən qonaqlara müxtəlif Azərbaycan milli rəqsləri nümayiş edilib.

Tədbir yerli və xarici KİV nümayəndələri tərəfindən işıqlandırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.