Dünya

Türk nazirə AŞPA-nın fəxri prezidenti titulu veriləcək

7 Aprel 2014 14:50
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş prezidenti, Türkiyənin hazırkı Avropa məsələləri üzrə naziri Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək. Trend-in məlumatına görə, bu barədə qurumun sədri xanım An Brassör (Anne Brasseur) Parlament Assambleyasının bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

AŞPA sədri bildirib: "Parlament Assambleyasının keçmiş sədri, Türkiyənin hazırkı Avropa məsələləri üzrə naziri Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək. Bu fəxri ad ona bu gün AŞPA-nın plenar sessiyasının iclasından sonra təqdim ediləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.