Siyasət

Akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan "Bioinformatika və müqayisəli genomiks" jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib

12 Fevral 2014 18:26
Baxış: 619
Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev Amerika Birləşmiş Ştatlarında nəşr olunan "Bioinformatika və müqayisəli genomiks" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. AMEA-dan AzərTAc-a bildiriblər ki, bununla bağlı jurnalın baş redaktoru Doktor Paul Anderson tərəfindən instituta məktub daxil olub. Məktubda bildirilir ki, jurnalda bioinformatika və genomiksin bütün istiqamətləri, o cümlədən klassik aspektlərlə yanaşı, müasir tədqiqatlar və yeni metodlarla bağlı tədqiqatlar çap edilir.

Akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda riyazi biologiya və bioinformatika elminin əsasının qoyulması, inkişaf etdirilməsi və bu istiqamətlərdə kadrların hazırlanmasında əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Azərbaycanlı alimin biologiya elminin aparıcı sahəsi üzrə mötəbər jurnalın redaksiya heyətinin fəxri üzvü seçilməsi elmimizin böyük uğurudur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.