Sağlamlıq

İnanılmaz, amma gerçək: dünyada ilk dəfə... - FOTO

29 Mart 2014 13:18
3 Şərh     Baxış: 6 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ilk dəfə olaraq pişikdən insana vərəm xəstəliyinin daşıyıcılarının keçdiyi təsbit olunub.
 

İngiltərədə iki nəfərdə aktiv, iki nəfərdə isə gizli vərəm xəstəliyi aşkarlanıb: bu insanların dördü də xəstəliyə pişikdən yoluxublar.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, evdə saxlanan pişiklərdən insanlara vərəm xəstəliyinin keçməsi İngiltərədə şok effekti yaratmaqla bahəm, mütəxəssisləri də heyrətlənib. Çünki səhiyyə tarixində hələ belə yoluxma qeydə alınmamışdı.
 

Ekspertlərin fikrincə, pişiklərin vərəm xəstəliyinə porsuq və ya siçanlardan yoluxmaları istisna deyil.

Britaniya Səhiyyə Nazirliyinin bəyanatında bildirilir ki, ilkin araşdırmalar vərəm xəstəliyinin yaradıcısı olan Kox çöplərinin iribuynuzlu mal-qaradan porsuqlara, porsuqlardan siçanlara, belə xəstəliyi olan siçanı yeyəndən sonra pişiklərə keçdikləri güman edilir.
 

Kox çöplərinin olduğu təsbit olunan pişiklərin 7-də porsuqlarla davadan sonra yaranmış yara izləri var. Aparılan araşdırmalar bu pişiklərlə təmasda olan insanlardan ikisində aktiv, ikisində də hələlik gizli formada vərəm xəstəliyinin olduğunu göstərib.

Ümumiyyətlə isə son bir neçə həftədə 9 pişiyin vərəmə yoluxduğu deyilir.
 

Bu pişiklərdən 6-sı ölüb, 2-si hələ də küçələri dolaşır. "Milhaus" adlı 18 aylıq pişik isə evdən qaçıb.

Britaniya Səhiyyə Nazirliyinin ekspertlərinin dediklərinə görə, çox təhlükəli situasiyanın yaranmasana rəğmən, pişiklərdən insanlara vərəm xəstəliyinin yoluxma riski həddən ziyadə deyil: "Belə yoluxma tənəffüs və ya yaraya Kox çöplərinin düşməsi nəticəsində ola bilər".
 

Vərəmə yoluxmanın ilkin təzahürləri sürəkli öskürək, arıqlama və gecə saatlarında tərləmədir.

Ümumdünya Səhiyyə Təhkilatının (ÜST) ekspertləri pişiklərdən insanlara vərəm xəstəliyi yaradan bakteriyaların keçə biləcəyi ilə bağlı son vaxtlar xəbərdarlıqlarla çıxış etsələr də, onların iddialarının gerçək olduğunu göstərən dəlillər yoxdu.
 

İngiltərədə evindəki pişikdən vərəmə yoluxanlardan biri Oniks şəhərinin sakini, 19 yaşlı Cessika Livinqsdir.

Həkimlərin dediklərinə görə, onun ağciyərlərində ciddi fəsadlar yaranıb.
 

Kəskin qızdırması olan Cessika 5 həftədə 18 kq arıqlayıb. Cessika bu gün cərrahiyyə əməliyyatına məruz qalacaq.

Cessikanın anası Kler də vərəmə yoluxub, amma onun xəstəliyi hələlik latent formadadır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.