Seriallar

"Yalan dünya"da qarşıdurma yarandı - FOTO

18 Mart 2014 15:46
0 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türk aktrisalardan biri Hümeyra Akbağ çəkildiyi "Yalan dünya" serialındakı durumdan çox narazıdır.


Türkiyənin Kanal D telekanalında nümayiş olunan teleserialda Çigdem Alsancak rolunu oynayan aktrisa dünən İstanbulun Cihangir səmtindəki kafelərdən birində rəfiqəsi ilə naharda idi. O, "Yalan dünya"nın ssenai müəllifi və baş rol oyunçularından biri Gülse Birseldən şikayətlənib


Milli.Az AHT-yə istinadən bildirir ki, H.Akbağ deyib: "Artıq dözə bilmirəm. Gülsenin davranışlarına tab gətirmək mümkün deyil. Dünyanın heç bir yerində belə iş sistemi yoxdur. Serialda qarşıdurma var, hamı deyinir. 100 səhifəlik ssenarini gecə saat 11-də gətirirlər, səhər saat 10-da da çəkiliş başlayır.

Halbuki ssenarini oxumaq, qeydlər aparmaq, rolu əzbərləmək gərəkdir. Ötən dəfə rol əzbərləyirəm, hamı bağıra-bağıra danışır. "Aaaay!" deyə bağırdım. Artıq, gerçəkdən də, serialdan ayrılmaq istəyirəm. İş saatları bəlli, ssenarinin əvvəlcədən gəldiyi yerdə işləmək istəyirəm".


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.