Mobil telefon

“Google” 2016-cı ilin ən yaxşı əlavələrini açıqladı

23 May 2017 08:41
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti ötən ilin ən yaxşı əlavələrinin reytinqini təqdim edib.

İKT.lent.az-ın "actualnews.org" saytına istinadən məlumatına görə, "Google Play Award" laureatları müxtəlif kateqoriyalardan olan proqramlar olub.

Ən yaxşı oyun kateqoriyasına "Mushroom 11" oyunu birinci olub. "Hoked" əlavəsi isə ən yaxşı başlanğıca görə mükafat alıb. Bu əlavə vasitəsilə istifadəçilər çatdakı yazışma formasında maraqlı əhvalatları oxumaq imkanı əldə edirlər.

"Android Wear" üçün ən yaxşı əlavə fitnes üçün "Runtastic Running" proqramı qəbul edilib. "Virtual Virtual Reality" və "Woorld" əlavələri isə VR və AR üçün müvafiq olaraq  ən yaxşı məhsullar kimi qeyd edilib.

Uşaqlar üçün ən yaxşı əlavə "Animal Jam - Play Wild!" proqramı sayılıb. Ən çox istifadə olunan oyun isə "Hearthstone" əlavəsi hesab edilib. "Google Play" mağazasını Qran-prisini xarici dillərin öyrənilməsi üçün istifadə olunan "Memrise" əlavəsi alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.