Mobil telefon

HTC U 11 5 müxtəlif rəngdə satılacaq - VİDEO

27 Aprel 2017 07:42
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftənin əvvəlində "HTC" şirkəti "Ocean" adı ilə tanınan yeni qabaqcıl smartfon modelinin təqdimatına dəvətnamələr göndərib. Qurğunun "HTC U" adlandırılacağı gözlənilsə də, qrup üzvü Evan Blass smartfonun ötən il nümayiş olunan "HTC 10" modelini əvəz edəcəyi barədə məlumat verərək onun "HTC U 11" kimi təqdim ediləcəyini bildirib. Məlumata görə, yeni model beş müxtəlif rəngdə (ağ, qara, gümüşü, qırmızı, göy) satışa çıxarılacaq. Həmçinin, bəzi rənglər müəyyən ölkə bazarları üçün eksklüziv ola bilər.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, əsas fərqləndirici cəhəti sensorlu yan tərəflər olacaq "HTC U 11" istifadəçiyə barmağı klaviatura düyməsindən ayırmayaraq mətni çap etməklə və ya toxunuşla lazımi proqramları işə salaraq onları idarə etməyə imkan verəcək. Qurğu xarici görünüşünə görə bu ilin əvvəlində təqdim olunan "U Ultra" və "U Play" smartfon modellərinə bənzəyəcək.

Məlumata görə, "HTC U 11" 2550x1440 piksel təsvir ölçülü 5,5 düym diaqonallı "Gorilla Glass 5" qoruyucu şüşəsinə malik "LCD" ekran, səkkiznüvəli "Snapdragon 835" prosessoru, 4 giqabayt operativ, 64 giqabayt quraşdırılmış yaddaş, 12 meqapikselli əsas və 16 meqapikselli ön kamera ilə təchiz ediləcək. Bundan başqa, smartfonda qulaqcıq üçün çıxış quraşdırılmayacaq.

"HTC U 11" smartfonunun təqdimatı mayın 16-na nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

"HTC U 11" beş müxtəlif rəngdə satışa çıxarılacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.