Mobil telefon

iPhone sahiblərinin 42 faizi bu xidmətdən yararlanır

1 Avqust 2015 20:55
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

The Auriemma Consulting Group-un sorğusunun nəticələrinə əsasən, ABŞ-da iPhone 6 sahiblərinin 42 faizi Apple Pay ödəmə xidmətindən istifadə edir. Xidmətin işə salınması anından ötən üç gündə istifadəçilər sistemdə milyondan çox kredit kartı qeydiyyatdan keçirib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqat zamanı 500 amerikalı iPhone 6 istifadəçisinin rəyi soruşulub.
 
Məlum olub ki, alma smartfonlarının sahibləri Apple Pay ödəmə xidmətindən aktiv istifadə edir. Ödəmə xidmətindən istifadə edənlərin 84 faizi üç və daha çox tranzaksiya əməliyyatı edib, respondentlərin 76 faizi deyib ki, mobil proqramlarda məhsulların ödənişi üçün Apple Pay xidmətindən istifadə edirlər.
 
Rəyi soruşulanların 51 faizi bildirib ki, Apple Pay ödəmə xidməti işə salındıqdan sonra onlar nağd pul vasitələri daxil olmaqla az hallarda başqa ödəniş metodlarından istifadəyə başlayıblar.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.