Mobil telefon

WhatsApp-dan xəbər var

30 Mart 2015 21:24
2 Şərh     Baxış: 7 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu mesajlaşma proqramında səsli zəng xidmətindən istifadə etmək mümkün olacaq
"iPhone" istifadəçiləri WhatsApp-la səsli zəng xidmətindən istifadə edə biləcək.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Facebook-un F8 konfransında bu barədə açıqlama verilib. Belə ki, WhatsApp-ın iOS üçün səsli zəng xidməti funksiyası bir neçə həftə ərzində istifadəyə veriləcək.

WhatsApp qurucularından olan Brian Akton dünən qatıldığı bir paneldə mesajlaşma proqramı haqqında maraqlı açıqlamalar verib. O bildirib ki, əvvəllər şirkət daha çox Android sistem üçün əlavə funksiyalar hazırlayırdı.

Ancaq hazırda WhatsApp-ın iOS versiyası təkmilləşdirilir. "iPhone" istifadəçiləri çox qısa zamanda yeni səsli zəngli xidmətindən istifadə edə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.