Mobil telefon

Yeni Outlook hazırlanıb

30 Yanvar 2015 19:57
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft korporasiyası iOS və Android mobil əməliyyat sistemləri üçün Outlook elektron poçtu ilə iş üçün əlavə buraxıb. Bu barədə ABŞ istehsalçısının rəsmi məlumatında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni Outlook korporasiyanın 2014-cü ilin dekabrında 200 milyon dollara satın aldığı Acompli şirkətinin texnologiyaları əsasında hazırlanıb.

Acompli əlavəsi kontaktları, təqvimi və poçtu vahid interfeysdə birləşdirməyə imkan verib. Yeni mobil Outlook Acompli kimi, Office 365, Exchange, Outlook.com, Yahoo! Mail, Gmail və digər əksər elektron poçt xidmətlərini dəstəkləyəcək. Bundan başqa, proqram Microsoft OneDrive və Dropbox daxil olmaqla bulud servislərindən qoyulan faylları göndərməyə imkan verəcək.

Outlook iOS və Android mobil əməliyyat sistemli smartfon və planşet kompüterlərdə işləyəcək. Microsoft Outlook brendli bir sıra digər əlavələri, məsələn, Android üçün Outlook.com proqramını və yalnız Office 365 xidmətinə ödənişli abunə olan alıcılar üçün işləyən OWA əlavəsini saxlayacaq. Lakin bir müddət sonra korporasiya istifadəçiləri yeni Outlook əlavələrinə tam keçirməyi planlaşdırır.

Bundan başqa, Microsoft Android sisteminin idarəetməsi ilə işləyən planşetlər üçün pulsuz Office əlavəsini istifadəyə verib. Word, Excel və PowerPoint proqramlarının beta versiyalarından bəzi istifadəçilər son üç ayda yararlana bilsələr də, hazırda korporasiya Google Play əlavələr mağazasında rəsmi Office paketini işə salıb. Bununla yanaşı, bir sıra funksiyalardan yalnız ödənişli əsasda istifadə etmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.