Mobil telefon

BlackBerry-dən yeni smartfon - FOTO

18 Dekabr 2014 18:11
0 Şərh     Baxış: 2 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BlackBerry şirkəti hələ bir neçə ay əvvəl Classic smartfonu haqda məlumat verib, amma yalnız indi bu aparat rəsmən nümayiş etdirilib və satışa çıxarılıb.

Kanada brendi üçün klassik fiziki QWERTY klaviatura ilə təchiz edilmiş BlackBerry Classic modelinin nümayişi Nyu-Yorkda keçirilib, bundan sonra istehsalçının saytında qurğu haqda ətraflı informasiya yerləşdirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz 720x720 piksel (294 ppi) təsvir ölçülü və Gorilla Glass 3 qoruyucu şüşəsinə malik 3,5 düymlük sensor ekranla təchiz edilib. Aparat 1,5 GHz takt tezlikli ikinüvəli Qualcomm Snapdragon S4 prosessoru, 2 Gb əməli və 16 Gb daxili yaddaşla təchiz edilib. Sonuncu microSD çıxarılıb taxılan daşıyıcılarının köməyi ilə 128 Gb-dək artırıla bilər.

Əsas kamera 8 meqapiksellik fotomoduldan ibarətdir. Ön kameranın təsvir ölçüsü 2 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2515 milliamper/saat təşkil edir.

Qurğunun fiziki ölçüləri 131×72×10,2 mm, çəkisi 176 qramdır. İstehsalçı telefonun 22 saatlıq avtonom iş müddəti haqda məlumat verib. Aparat BlackBerry 10 OS əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

BlackBerry Classic smartfonu dünyanın bir çox ölkələrində satınalma üçün əlçatandır. ABŞ-da smartfonun qiyməti 450 dollardır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.