Mobil telefon

Yeni, çox güclü smartfon

17 Dekabr 2014 21:24
0 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Huawei şirkəti Honor 6 Plus smartfonunu nümayiş etdirib. Yeni aparat arxa paneldə yerləşdirilmiş iki ədəd 8 meqapiksellik fotomodul, həmçinin eyni meqapikselə malik ön kamera, 1920×1080 nöqtə təsvir ölçülü 5,5 düymlük ekran, 1,8 QHs takt tezlikli səkkiznüvəli Kirin 925 çipi, həmçinin cihazın fitness funksiyalarının işinin təmini üçün I3 soprosessoru ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Huawei Honor 6 Plus smartfonu 3 Gb əməli və 16/32 Gb daxili yaddaşla təchiz edilib, mövcud microSD slotu və IR port da var. Qurğunun batareyasının tutumu 3600 milliamper/saat təşkil edir. Huawei-in nümayəndələri deyiblər ki, bu smartfonun çəkisi iPhone 6 Plus-dan yüngüldür, daha az qızır. Smartfon Android 4.4 KitKat mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Aparatın qiyməti NFC çipsiz 3G versiyası operator subsidiyalarını nəzərə almadan 320 dollar, LTE dəstəkli versiyası isə təxminən 400 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.