Mobil telefon

Dairəvi ekranlı LG göstərildi

30 Avqust 2014 22:47
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
LG şirkəti dairəvi siferblata malik LG G Watch R ağıllı saatını nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz 1,3 düymlük ekrana malik olacaq, onun matrisi plastik işıq diodları texnologiyası (P-OLED) əsasında hazırlanıb.

Qurğu Android Wear əməliyyat sistemi ilə işləyir, onun üçün Google Play tətbiq mağazasında kənar proqramlar var. Saat telefona gələn mesaj və zənglər haqda istifadəçini xəbərdar edir, ürək ritmini izləyir, həmçinin hava proqnozunu göstərir.

LG G Watch R cihazı 1.2 QHs takt tezlikli Snapdragon 400 prosessoru, 4 GB-lıq daxili yaddaş, 410 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Saat IP67 standartı üzrə toza və suya davamlıdır və bir metr dərinliyində suyun içində işləməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.