Mobil telefon

Mobil telefonlarınızı dinləyirlərmi?

27 Mart 2014 10:07
1 Şərh     Baxış: 8 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bundan duyuq düşməyin və qarşısını almağın qaydaları
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "21-ci əsrin kabusu nədir" deyə sual verilsə, heç şübhəsiz ki, insanlar barmağını telefona uzadarlar. Həyatımızı bir çox hallarda yüngülləşdirən bu vasitə eyni zamanda onu kabusa da çevirə bilər. Telefonların dinlənilməsi, eləcə də evlərə, ofislərə gizli kamera yerləşdirilməsi buna misal kimi göstərilə bilər. Son günlər Türkiyə siyasətinin gündəmini elə bu gizli telefon danışıqları tutub.

Ekspertlər isə bu məsələdə daha ehtiyatlı olmağı tövsiyə edir. Çünki telefonu dinlənilən insan bunu dərhal hiss edə bilər. Bunun üçün bir neçə vacib detalı yaddan çıxarmamaq yetərlidir. Telefonda müşahidə ediləcək 5 dəyişiklik dinlənmə ehtimalını gücləndirən səbəblərdəndir. Sən demə, başqasının telefonuna dinləmə proqramı yerləşdirmək çox asandır. Gələn hər hansı mesaja cavab yazmaq, musiqi, foto və ya video yükləməklə bu proqram yüklənə bilər.

Mobil telefonunuzun dinlənildiyini anlamağın 5 yolu:

1. Telefonun batareyası həddindən çox qızırsa:

Telefonda çox danışanda onun qızması təbiidir. Ancaq uzun müddət ona toxunan olmayıbsa və aparat qızıbsa, demək, onun içərisində nə isə baş verir.

2. Telefonun enerjisi tez bitirsə:

Düzdür, bəzən enerji aparatları zaman keçdikcə yararsız hala düşür. Ancaq istənilən halda üç gün kifayət edən enerjinin bir saatda bitməsi təəccüblüdür.

3. Telefonu bağlayanda gecikmə olursa:

Telefon bağlananda işığının da eyni anda sönməsi lazımdır.

4. Telefonda baş verən qəribə hadisələr:

Əgər telefonunuzun işığı özü-özündən yanıb-sönürsə, bağlanırsa, sizi kim isə dinləyə bilər.

5. Telefondan cızıltı səsləri gəlirsə:

Bəzən belə səslərin gəlməsi qüllədə olan problemlərdən irəli gələ bilər. Amma səs və cızıltı daima gəlirsə, bu, telefonun dinlənilməsi deməkdir.

"Öncə mesaj göndərirlər, sonra SMS-lər izlənilir - hər şey addım-addım baş verir".

Türkiyə Kompüter Mühəndisləri və Proqramçıları Dərnəyinin sədri Yılmaz Sönməz mobil telefonların lMEI adlanan kodları öyrənildikdə asanlıqla dinlənilə bildiyini deyib. Onun bildirdiyinə görə, mobil telefonlarda dinləmə aşağıdakı ardıcıllıqla həyata keçirilir:

"Mesaj göndərilir - dinlənəcək olan mobil telefona mahnı, şəkil və ya video yüklənəcək bir internet adresinin yazıldığı SMS göndərilir. Mobil telefon istifadəçisi ona gələn bu SMS-i açıb, içindəki internet adresinə daxil olduqda mobil telefon GPRS üzərindən internetə bağlanır və özəl olaraq hazırlanmış "troyan" casus proqramı mobil telefona yüklənir. İdarə telequlaqda - bu casus proqramı ilə dinləniləcək şəxsin mobil telefonu artıq telefonu dinləmək istəyənlərin nəzarətinə keçir. Casus proqram həmin mobil telefona zəng gələn və ya ondan zəng edilən zaman bunu qeyd edir və bir səs qovluğu şəklində istənilən adresə yenə internet vasitəsilə göndərir. Mobil telefon bu prosesi həyata keçirərkən, telefonun istifadəçisi heç bir şey hiss etmir.

SMS-lər də izlənilir - mobil telefona yüklənən casus proqram təkcə danışıqları qeyd edib istənən ünvana çatdırmaqla kifayətlənmir. Bu casus proqramlar dinlənilən mobil telefona gələn və gedən SMS-lərin kopyasını da dinləyən şəxsin mobil telefonuna və ya elektron ünvanına göndərir.

Məkan dinləmə - içərisinə casus proqram yüklənmiş telefonlar yerləşdikləri məkanın da dinlənməsini həyata keçirir. Bu casus proqramlar istifadəçi öz telefonunu söndürdükdə belə işləyə bilir. Çünki bu proqram telefonun üzərindəki söndürmə düyməsini basdıqda sanki telefon sönmüş kimi ekranı qaraldır və telefonun üstündəki işığın yanmasına mane olur. Beləliklə, telefon sönmüş kimi görünsə də, əslində işləməyə davam edir. Telefon işləyərkən də casus proqram mobil telefonun mikrofonu ilə məkandakı səsləri yenə telequlaqlara ötürür.

Düymələrlə idarə-casus proqram yüklənən mobil telefona dinləmə əmrləri telequlaq tərəfindən mobil telefonla göndərilir. Ulduz, diyez (*#) yazıb zəng etdiyiniz nömrəni yazsanız, yenə ulduz, diyez yazdığınız zaman telefon hər dəfə açıldıqda məkan dinləməni o məlum adresə istər dinlədikdən sonra qovluq şəklində göndərə bilər, istər bir anlıq dinləyə bilər, istərsə də, telefon danışıqlarını qeyd edə bilər.

Mütəxəssislər məsləhət görürlər ki, dinlənmənin qarşısının alınması üçün baş nazir və nazirlərin istifadə edə biləcəkləri "passiv otaqlar" hazırlansın. Passiv otaq hər cür radio siqnalından izolə edilən otaq mənasını daşıyır. Bu otaqlara daxil olduqda, mobil telefon siqnalları da daxil olmaqla, hər cür yayım siqnalı blok olunur. Həmin bu otaqlarda istifadə olunan xüsusi dalğa yayıcıları ilə, əgər məkanda qeydedici bir cihaz varsa, onun da fəaliyyətinin qarşısı alına bilir.

Mobil telefonlara yüklənən casus proqramlar Türkiyədə də asanlıqla əldə edilə bilir. Bu proqramların qiyməti xüsusiyyətlərindən asılı olaraq, 600YTL-dən (300 dollar) başlayıb 5-6 min YTL-yə (2500-3000 dollar) çata bilir. Bu casus proqramlar hər cür mobil telefon idarə sistemi ilə istifadə oluna bilir".

Amma bütünlüklə bu dinləmələrdən sığortalanmaq mümkündür. Türkiyədə dinlənilməsi mümkün olmadığı iddia olunan "Enigma E310TR" adlı telefon satışa çıxarılıb. Xüsusi şifrələmə və kripto texnologiyası əsasında hazırlanan telefonun qiyməti 1600 AZN-dir.

Bundan başqa, elementar informasiya təhlükəsizliyi qaydalarını da yaddan çıxarmayaq. Məsələn, mobil telefonunuza hansısa bir proqramı yükləyə bilərsiniz, o proqram mobil telefonunuza düşəndən sonra telefonunuz kənardan izlənilə bilər. Yaxud da sms-ləri bir nöqtəyə yönəltmək olar. Və yaxud kimsə məsuliyyətsizliyinizdən istifadə edərək sizin telefonunuzu 1 dəqiqəlik götürüb hansısa proqramı daxil edə bilər. Bu iki halda izlənmə və telefonun idarə olunması mümkündür. Təbii ki, bunların baş verməməsi üçün vətəndaş məsuliyyətli olmalıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.