Mobil telefon

"Bizim teatr" Bakıda

26 Mart 2014 17:16
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan beynəlxalq teatr festivalına ev sahibliyi edəcək

Bakıda "Bizim teatr" beynəlxalq teatr festivalı keçiriləcək. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və Bakı Uşaq Teatrının təşəbbüsü ilə keçirilən festival martın 27-dən 29-dək baş tutacaq.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İran teatr kollektivləri də iştirak edəcəklər.

Festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, ölkədə festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Festivalın bütün tamaşaları Teatr Xadimləri İttifaqının tamaşa zalında və foyesində təqdim ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.