Maraqlı

"Maykl Ceksonun qızının atası mənəm" - Məşhur aktyor - FOTO

20 May 2017 11:03
1 Şərh     Baxış: 2 027

Perisə zəng vururam, mənə cavab vermir. Mənimlə danışmaq istəmir. Anası qızıma deyib ki, mənimlə kəlmə kəsməyin. Niyə axı?! Mən Perisin atasıyam.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 58 yaşlı britaniyalı aktyor Mark Lesterin dediyinə görə, o, dünya pop musiqisinin mərhum kralı, amerikalı Maykl Ceksonun qızı Perisin bioloji atasıdır.

4 övlad atası M.Lester daha sonra söyləyib ki, 19 yaşlı Peris Ceksonun bioloji atasıdır və bunu zərurət yaranarsa, məhkəmədə DNT testi vasitəsilə də sübut etməyə hazırdır.

M.Lesterin sözlərinə görə o, Peris Ceksonun anası, tibb bacısı Debbi Rou ilə 1999-cu ildə, ilk arvadından boşandığı zaman görüşməyə başlamışdı.

"Maykl Cekson qadınlarla əlaqələrdən qorxurdu. Məncə, səbəb Maykl gənc olanda müğənni Madonnanın ona otel otağında təcavüz etmək istəməsi olub. Sonra Debbi Rou Maykla ərə getdi, onun arvadı oldu. Amma Maykl onunla ər-arvad həyatı yaşamırdı. Günlərin birində Maykl mənə dedi ki, Debbi ilə yatağa girim: "Ata olmaq istəyirəm, övladımın da bioloji atası sən ol". Razılaşdım. İndisə Peris məni tanımaq, mənimlə danışmaq istəmir", - M.Lester söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Alis · 20 May 11:4640

    Nece iller otub ustundan neynir ki bu sirri acib.Qiz da Maykl Ceksonun varisidi onun qizi olmagi boynuna almaz ki.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.