Maraqlı

Yeni prosessorlu ilk kompüterlər satılacaq

27 Aprel 2017 08:59
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qualcomm" şirkətinin baş direktoru Stiv Mollenkopf "Snapdragon 835" prosessorlarının tezliklə "Windows 10" əməliyyat sistemli mobil kompüterlərdə istifadə ediləcəyini açıqlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, indiyədək "Windows 10" sisteminin yalnız "x86" arxitekturalı prosessorlarla işləməsinə baxmayaraq  "Qualcomm" və "Microsoft" şirkətləri "ARM" prosessorlu kompüterin hazırlanması ilə çoxdan məşğul olub. Belə kompüteri nazik və yüngül etməklə onu smartfon kimi mobil şəbəkəyə qoşmaq nəzərdə tutulub. "Snapdragon 835", həmçinin "Bluetooth 5" və "Wi-Gig" interfeyslərini dəstəkləyir. Kompüter smartfonlar üçün hazırlanan belə prosessorla uzun müddət batareyasız işləyə bilər. Lakin hazırda aparıcı istehsalçılardan heç biri "ARM" prosessorlu və "Windows 10" sistemli kompüterlərin buraxılacağını bəyan etməyib.  
 
Oxşar qurğunu yaratmaq üçün əvvəllər də cəhd olunub. Məsələn, "Microsoft" korporasiyası "ARM" prosessorları üçün xüsusi "Windows RT" əməliyyat sistemini buraxsa da, "x86" arxitekturası üçün yaradılan proqramlarla işlə bağlı problemi o zaman həll etmək mümkün olmayıb. Bu dəfə isə "Qualcomm" şirkətinin nümayəndələri "Snapdragon 835" prosessorları ilə təchiz edilən kompüterlərin emulsiya rejimində bütün "x86" proqramlarını işə sala biləcəyini bildiriblər. Bundan başqa, "Microsoft" korporasiyası "Photoshop" paketinin "Snapdragon 835" ilə işini nümayiş etdirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.