Maraqlı

Ballı-limonlu keks - HAZIRLANMA QAYDASI

13 Mart 2017 07:00
7 Şərh     Baxış: 4 353

Milli.Az lent.az-a istinadən xanımlara ballı-limonlu keksin reseptini təqdim edir. Siz də sınaqdan keçirib bişirin. Dadını bəyənəcəksiniz. Üstəlik hazırlanması da asandır.

Ərzaqlar:
 
200 qr un (2 su stəkanı)
50 qr kərə yağı (1 dolu yemək qaşığı)
yarım çay stəkanı süd
1 çay stəkanı bal
1 limon qabığı rəndəsi
Dörddə bir limonun suyu
1 paket qabartma tozu
1 paket vanil
 
Hazırlanması:
 
Kərə yağı və südü bir tavaya töküb isidin. Kərə yağı əriyəndə balı əlavə edin.
Digər ərzaqları başqa bir qaba tökərək qarışdırın. Kərə yağı-bal qarışımını da qatıb mikserlə çırpın. Yağlanmış kiçik sini, qəlib və ya mafin qablarına boşaldın. 175 dərəcədə əvvəlcədən qızdırılmış sobada qızarana qədər bişirin.
Keks qızardıqdan sonra ortasına bir diş çöpü batırın. Əgər çöpün ucunda xəmir yoxdusa, deməli, bişib, sobadan çıxarın ki, qurumasın.
 
Nuş olsun!

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    culya · 13 Mart 08:1600

    Bu necə keksdi ki yumurta vurmurlar yumurtasız şirniyat olmaz

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 13 Mart 08:3100

    Haminin sabahi xeyirle acilsin...necesiz...qizlar bugun yogun is gunum olacaq...gelmek isteyen gelsin...dunen sekerbura hazirladim 200dene...yuxusuzam...bugun paxlava eleyecem...sabahda ocaq qalacagiq...qonsular olacaq onlara pay qoyacam...ve en esasi qapi pusacam...son cersenbe gelende qapi pusmasam olerem...pusmaliyam...Insallah yaxsi xeber esiderik...sabah axsam cixarsiz qapipusduya...:)))

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 13 Mart 08:3601

    Limonlu keks xosuma gelir,dadli olur.

    Cavab yaz
  • Anonim
    Kserks · 13 Mart 08:4911

    Nə yapışmısız, bu Keksin yaxasından. Qabaqdan yaz gelir, erkək quzunun kəkotlu,sarmısaqlı qatıdla pörtdəməsinin hazaırlanmasından yazın, deyim,hə. Camaatda yesin ağzi tama gelsin. Portdəmənin resebini bilmirsizsə, SEVAdan soruşun o, yaxşı bilər. Onlar tərəflərdə pörtdəmə hazırlamagı yaxşı bilirlər. Kserks.

    Cavab yaz
  • Anonim
    Nara · 13 Mart 09:3310

    sirniyatsiz bir gunumuz olmasin )

    Cavab yaz
  • Anonim
    Baku · 13 Mart 09:3700

    Baha oldu deyesen.

    Cavab yaz
  • Anonim
    Allah bendesi · 13 Mart 09:4910

    Salam.Sabahniz xeyr.Şiriniyyat ne gozeldi beh beh.Nuş olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.