Maraqlı

Nişanını qaytaran Naz başqa oğlana namizəd oldu - VİDEO

7 Dekabr 2016 15:35
12 Şərh     Baxış: 3 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişinə qatılan azərbaycanlı Naz yenidən proqrama qatılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Baha adlı gənclə nişanlanan və 3 gündən sonra üzüyü qaytaran Naz ayrılıq səbəbini açıqlayıb: 

"Nişanlandıqdan sonra məni daha çox sıxmağa başladı. Belə olmaz, məni dəyişməyə, nələrsə etdirməyə çalışır. Mən də dayana bilmədim və ayrılmaq istədim. Münasibət bitdi, bura Baha üçün qayıtmadım. Özü də efirə gəlib, yeni namizədlər axtarır".

Nazın dediklərinə etiraz edən Baha "Ayrıldıq? Dünən mənə "Səni sevirəm. Mən sənsiz, sən də mənsiz qala bilməzsən" deyə, mesaj yazdın. Sən mənə dedin ki, get yeni namizəd tap. Sonra da məndən üzr istədin" deyib.
 
Naz verilişdə olan digər bir bəy namizəd Serkanı bəyəndiyini və həyatını onunla davam etdirmək istədiyini söyləyib.

Onun bu təklifinə təəccüblənən Serkan cavab verə bilməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı qızdan Türkiyədə daha bir RÜSVAYÇILIQ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.