Maraqlı

Facebook-dakı canlı yayım fırıldaq çıxdı - VİDEO - FOTO

27 Oktyabr 2016 13:13
0 Şərh     Baxış: 4 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Facebook-dakı bir neçə populyar səhifə Beynəlxalq Kosmik Stansiyadan (BKS) canlı yayım paylaşmışdı. Görüntülərdə kosmonavtların açıq kosmosa çıxdıqları əks olunmuşdu.

Milli.Az Mashable-a istinadən bildirir ki, dünən bu "canlı yayım"a 50 milyondan artıq insan baxıb.

Amma sən demə, bu canlı yayım fırıldaqmış.

Facebook-dakı populyar UNİLAD, Viral USAINTERESTINATE səhifələrindəki "canlı yayım"a yüz minlərlə şərh yazılıb, milyonlarla "like" edilib.

Lakin ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), Avropa Kosmik Agentliyinin (ESA) və digər müvafiq təşkilatların heç birinin rəsmi saytında belə translyasiya barədə bir kəlmə də olmayıb. Halbuki BKS-dən canlı yayım olanda, yaxud kosmonavtlar açıq kosmosa çıxmağa hazırlaşanda bu barədə günlər əvvəl rəsmi anonslar edilirdi.

Dünən yayılan video isə rusiyalı kosmonavtlar Oleq Kotov və Sergey Ryazanskinin 2013-cü ildə açıq kosmosa çıxdığı anların görüntüləri idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.