Maraqlı

Serenayı Bakıda belə qarşıladılar - YENİLƏNİB - VİDEO - FOTO

26 Oktyabr 2016 22:08
29 Şərh     Baxış: 12 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:08

Nizami Kino Mərkəzində Türkiyənin istehsalı olan "İkimizin yerinə" filminin qala-gecəsi keçirilib.

Milli.Az bildirir ki, gecədə ekran işində baş rolu canlandıran aktrisalar Serenay Sarıkaya və Zerrin Tekindor iştirak ediblər.

Film bitəndən sonra Serenay Sarıkaya çıxış edərək, Bakını sevdiyini açıqladı.

Videonu izləmək üçün şəklə klikləyin:

Serenayı Bakıda belə qarşıladılar-4

----------

19:40

Türkiyənin tanınmış aktrisaları Serenay Sarıkaya və Zerrin Tekindor artıq Bakıdadırlar.

Milli.Az xəbər verir ki, onlar Nizami Kino Mərkəzində "İkimizin yerinə" filminin qala gecəsində iştirak ediblər.

Qala gecəsindən fotoları təqdim edirik.

---------

13:53

Milli.Az bildirir ki, Nizami Kino Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Serenay Sarıkaya Zerrin Tekindor artıq Bakıdadırlar. axşam saat 7-də "İkimizin yerinə" filminin qala gecəsində iştirak edəcəklər.

Serenay Sarıkaya hazırda "Hilton" oteldədir.
Aktrisanın fotosu otelin rəsmi İnstaqram səhifəsində paylaşılıb.

----------

09:05

Bu gün Serenay Sarıkaya və "Kara Sevda"nın aktrisası Zerrin Tekindor Bakıya gəlirlər.

Milli.Az xəbər verir ki, onlar axşam saatlarında Nizami Kino Mərkəzində keçirilən "İkimizin yerinə" filminin qala-gecəsinə qatılacaqlar.

Qeyd edək ki, filmin baş rol aktyoru Nejat İşler işləri olduğuna görə qala-gecəsində iştirak etməyəcək.

Bəxtiyar Umarlı

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Serenayı Bakıda belə qarşıladılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.