Maraqlı

“Domio” şlemləri dəyişir

28 İyun 2016 23:05
0 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhlükəsizlik şlemləri ilə idmanla məşğul olan zaman qulaqlardan istifadə məhdudlaşır və bu da öz növbəsində qulaqcıqla musiqini dinləyərkən müəyyən narahatlıq yaradır. Bu problemi həll etmək üçün təhlükəsizlik şlemlərinə bərkidilərək mikrovibrasiya texnologiyası vasitəsilə onları simsiz kolonkalara çevirən yeni "Domio" qurğusu hazırlanıb.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu yaradıcılarının sözlərinə görə, ekstremal idman növü həvəskarları şlemlə birlikdə narahat qulaqcıqlardan istifadəni unuda bilərlər. Bunun əvəzinə "Domio" insana musiqini ötürmək üçün sümük keçiriciliyindən istifadə etməklə şlemlərin üst tərəfindən yararlanır. Bir müddət əvvəl oxşar qurğu "Zungle Panther" eynəyinin yaradıcıları tərəfindən icad edilib.  

Bildirilir ki, "Domio" kaskaya səsi mikrovibrasiyalar vasitəsilə ötürür ki, bu da istehsalçı nümayəndələrinin sözlərinə görə, 360 dərəcəlik səs yaratmaqla ətraf mühitin səsini saxlayır.

Qurğu dəstinə xüsusi bərkidicilər daxildir. Onların köməyi ilə qurğunu istənilən şlemdə quraşdırmaq mümkündür. "Domio"nu bərkidicidən çıxarmaq üçün sadəcə qurğunun üst tərəfini döndərmək lazımdır. Bundan sonra qurğuda quraşdırılan 1600 milliamper/saat tutumlu akkumulyatoru rahat şəkildə doldurmaq olar.

"Bluetooth" vasitəsilə qoşulan smartfonda musiqini 7 saatadək səsləndirmək mümkündür. Çəkisi 85 qram təşkil edən "Domio" suya və tozadavamlıdır.

Hazırda şirkətin rəsmi saytında qurğu üçün əvvəlcədən sifarişlər qəbul olunur. Qiyməti 49 dollardan başlayan qurğunun tədarüklərinə bu ilin payızında başlamaq nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.