Maraqlı

Məşhur səyyah gəmisində, mumiya kimi tapıldı - FOTO

1 Mart 2016 11:45
1 Şərh     Baxış: 3 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippinli balıqçılar Barobo şəhərinin sahilləri yaxınlığında sahibsiz, okeanda dreyf edən yaxta tapıblar.
12 metrlik SAYO yaxtasına baxış keçiriləndə orada mumiyaya dönmüş cəsəd tapılıb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, həmin şəxs Almaniya vətəndaşı, məşhur səyyah, 59 yaşlı Manfred Frits Bayorat idi.
Manfredin ölüm səbəbləri hələ bəlli deyil. Ekspertlərin dediklərinə görə, cəsədin mumiyaya çevrilməsinin səbəbi Sakit Okeandakı quru küləklər, yüksək temperatur və duzlu havadır.
Manfred Frits Bayorat Filippin sahillərində tufana düşəndə rabitə vasitəsilə fəlakət siqnalı vermək istəyib və elə masanın arxasında ürəktutmadan keçinib. Onun cəsədi də radiotelefon qarşısında oturmuş vəziyyətdə aşkarlanıb.
Manfred Frits Bayorat təcrübəli səyyah idi. O, SAYO yaxtasında 20 il ərzində 500 min mildən artıq məsafəni qət edib.
Onun ötən il keçindiyi bildirilir, çünki Bayorat ötən il Facebook vasitəsilə dostuna mesaj yazmışdı.
Polis səyyahın qətlə yetirildiyini düşünmür. Manfred Frits Bayorat arvadı Klaudia ilə səyahətə çıxırdı. Onlar 2008-ci ildə boşanıblar, 2010-cu ildə isə Klaudia xərçəng xəstəliyindən vəfat edib. Həmin ildən sonra Manfred təkbaşına səyahətə çıxırdı.
Almaniyanın soyuq qışını sevməyən mərhum səyyah həmin aylarda okeanda olmağa üstünlük verirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.