Maraqlı

Ağ evdə qorxulu anlar - VİDEO - FOTO

27 Noyabr 2015 08:01
1 Şərh     Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Barak Obama və ailəsi Ağ evdə olarkən rəsmi iqamətgahda qorxulu anlar yaşanıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, həyət məhəccərlərini aşaraq Ağ evə yaxınlaşmağa cəhd edən naməlum şəxs təşvişə səbəb olub. Çiyninə Amerikan bayrağı bağlayan və əlində qovluq olan şübhəli şəxs Ağ evə çatmadan xüsusi xidmət orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə zamanı Barak Obamanın həyat yoldaşı Mişel Obama, qızları Saşa və Malia Obamalar da Ağ evdə olublar.

İnsidentdən sonra Ağ evdə giriş və çıxışlar bir müddət məhdudlaşdırılıb. Bir anlıq təşviş yaşayan xüsusi xidmət orqanı əməkdaşları bir müddətliyə Ağ evin ətrafında olan insanları bu yerdən uzaqlaşdırıblar.

Faktla bağlı istintaq başladılıb və şübhəli şəxsin, hansı səbəbdən Ağ evə girməyə cəhd etməsinin öyrənilməsi üçün dindirlməsi aparılır.

Analoji hadisələr daha əvvəl də Ağ evdə dəfələrlə baş verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.