Maraqlı

Qorxulu proqnoz: havalar daha da istiləşəcək

4 Avqust 2015 21:36
10 Şərh     Baxış: 10 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Sürix Universiteti nəzdindəki Ümumdünya Buzlaq Monitorinq Xidməti (ÜBMX) dünya buzlaqlarının sürətlə əridiyini bildirir.

Milli.Az "Turan"a istinadən bildirir ki, Xidmət tədqiqatlara əsasən buzlaqların çoxunun hər il 0,5-1,0 metr səviyyəsində buz təbəqəsi itirdiyin nəzərə çatdırır. Qurum bu göstəricinin XX əsrin orta göstəricilərindən 2-3 dəfə çox olduğunu bəyan edir. Bu prosesi "qlobal fenomen" sayan ÜBMX iqlim dəyişikliklərinin təsiri olmadan da buzlaqların sürətlə əriməkdə davam edəcəyini proqnozlaşdırıb.

Tədqiqatlara görə, buzlaqların əriməsinin əsas hərəkətverici qüvvəsi hərarətin bütün dünya üzrə getdikcə artmasıdır. XVI-XIX əsrlərə aid "kiçik buz dövrü"ndə buzlaqların sahə və həcmi artsa da hazırda bir çox amillərin təsirilə "qlobal tendensiya hərarəti" getdikcə artır.

Tədqiqatlara görə, Alp dağları və Alyaska yarımadasındakı buzlaqlar ən çox təhlükə altında olan regionlardır. Bəzi regionlarda, xüsusilə Norveçdə buzlaqların sahəsinin artması kimi təsəlliverici müşahidələr də var.

ÜBMX tədqiqatın nəticələrini 120 ildən yuxarı aparılan mərkəzləşdirilmiş reyestrin məlumatları əsasında tərtib edir. Adıçəkilən reyestrdə dünya üzrə 2300 buzlağa aid məkandan, havadan və kosmosdan 47000 məlumat toplanıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.