Maraqlı

Azərbaycanlı sürücülər haqqında - 10 FAKT - FOTO

25 Aprel 2015 18:58
1 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kulis.az-a istinadən gənc azərbaycanlı sürücünün 10 ciddi özəlliyini təqdim edir.

1. Kəmər bağlamağı özünə sığışdırmır. 

2. Radara düşüb cərimə ödəməməyi qəhrəmanlıq sayır. 

3. Heç vaxt qayda pozduğunu etiraf etmək istəmir. 

4. Polislə mübahisəsini 90 faiz öz xeyrinə danışıb hava atır. 

5. Qadınların maşın sürməyini lağa qoyur. 

6. Arxadan vurduğu maşınlara qarşı diqqətsizliyinin iki əsas səbəbi: "nakladka"ların yeyilməsi, yolu keçən mini yubkalı qız. 

7. Əlində gəzdirdiyi smartfon, pulqabı, siqaret və alışqanın yanına əlavə olunası aşağıdakı əşya xəyallarının pik nöqtəsidir: bahalı maşının lazerli açarı! 

8. "Marqat"la ona radarı və polisi "xəbər edən" sürücülərə "çuşka" kimi baxır, özü bunu etməməklə onlardan üstünlüyünü nümayiş etdirir. 

9. Ona elə gəlir ki, maşında çox yaraşıqlı görünür və özündən deyən qız bu mənzərəyə bayılır. 

10. Maşını kobudca idarə etməyiylə demək istədiyi: pullu oğlanam. Bunun əsl səbəbi: maşını özü almayıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.