Maraqlı

Məşhur türk aktyor vəfat etdi

30 Yanvar 2015 22:24
0 Şərh     Baxış: 2 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin "Yeşilçam" dövrünün məşhur aktyoru Hakkı Kıvanç dünyasını dəyişib.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda müğənni Onur Akay öz Tvitter səhifəsində məlumat verib.

Akay profilində "bir müddətdir mədə xərçəngi ilə mübarizə aparan Hakkı Kıvançı itirdik. Sevənlərinə və ailəsinə başsağlığı verirəm" yazıb.

Qeyd edək ki, 84 yaşında vəfat edən sənətçinin 50-ci illərdə kiçik rollarla başladığı karyerası sonradan yüzlərlə filmlə davam edib. O, ən son "Arka sokaklar", "Kalp gözü" kimi seriallarda da rol alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.