Maraqlı

Ledi Qaqa: "Məni sevgilim bəyənir, bəsimdir" - FOTO

8 Aprel 2014 10:03
2 Şərh     Baxış: 1 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən ekstravaqant müğənnilərindən biri, amerikalı Ledi Qaqa dünən Nyu-Yorkdakı "Roseland Balroom" klubundakı 7-ci konsertindən sonra "BPM Nightclub" gecə klubuna yollanıb.

Onu sevgilisi Tayler Kinni müşayiət edirdi.


Klubda olarkən 28 yaşlı müğənni sevgilisi ilə şəklini çəkib və Twitter-dəki profilində yayaraq yazıb: "Məni sevgilim bəyənir, bəsimdir".


Milli.Az TMZ-yə istinadən bildirir ki, konsertlər seriyasından sonrakı ziyafətdə Ledi Qaqa bildirib ki, səhnədəki erotik rəqslərində və açıq-saçıq hərəkətlərində heç bir qəbahət görmür.


"Bu, sənətdir və sənətlə real həyat arasındakı fərqləri anlamayan insanların tənqidlərini məntiqsiz sayıram. Sənətkarlar həyatdakı kimi olmur, yaşamlarındakı davranış modellərini də səhnədə təkrarlamırlar", - Ledi Qaqa bildirib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.