Maraqlı

"Ən savadlı gözəl olacağam" - FOTO

8 Aprel 2014 10:54
2 Şərh     Baxış: 3 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gözəllik müsabiqələrinə qatılan xanımların əksəriyyətinin intellektual səviyyəsinin yüksək olmadığı vurğulanır. Təbii ki, belə deyil. Mənim də müsabiqəyə qatılmağım cəmiyyətdəki yanlış stereotipləri alt-üst etməkdir. Ən savadlı gözəl olacağam".


Dünyanın ən nüfuzlu və məşhur ali təhsil ocaqlarından sayılan Kembric Universitetinin nəzdindəki Mürrey Edvards Kollecinin (Cambridge's Murray Edwards College) tibb fakültəsinin 5-ci kursunda oxuyan Karina Tirell "Miss England" gözəllik müsabiqəsinin finalındadır.


"Miss Kembricşir 2014" seçilmiş 24 yaşlı tələbə qız İngiltərə gözəli olmaq üçün səy göstərdiyinii vurğulayıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onun məqsədi yalnız vücudunu nümayiş etdirmək deyil.


"Düşünürəm ki, İngiltərənin ən gözəl xanımı seçilməyim sonradan həkim kimi fəaliyyətimdə mənə yardım edə bilər. İnsanları xəstəliklərdən sağaltmaq, onlara yardım etmək həyatımın məqsədidir və uşaqlıq illərimdən bəri bunu arzulamışam", - Karina söyləyib.
 

İyunda keçiriləcək "Miss England" müsabiqəsində qalib gələrsə, Karina Tirell "Miss World"a yollanacaq.


Hazırda kollecdə oxumaqla yanaşı, Anderbruk hospitalında çalışan, boş vaxtlarında isə Kembricdəki Evsizlərə Yardım Cəmiyyətində volontyorluq edən Karina qələbə əzmindədir.


"Torkidəki müsabiqədə mütləq qalib gəlmək istəyirəm. Mükafat qismində alacağım pulları Anderbruk hospitalına və evsizlərə yardımlar edən xeyriyyə təşkilatlarına verəcəyəm", - Karina Tirell söyləyib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.