Maraqlı

Barbiyə oxşamaq istəyən qadın: "Ailəyə, uşaqlara nifrət edirəm" - FOTO

8 Aprel 2014 21:14
55 Şərh     Baxış: 16 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu qadın Barbi kuklasına tam bənzəmək üçün indiyədək dəfələrlə plastik cərrahiyyə əməliyyatlarına məruz qalıb. O, özünü dünyanın ən gözəl qadınlarından biri sayır.
 

Ukrayna vətəndaşı, 28 yaşlı Valeriya Lukyanovanın son açıqlamaları isə böyük qalmaqala səbəb olub. Qadın minlərlə mesaj alıb və hər mesajda da ona nifrət, hiddət, qəzəb var.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, V.Lukyanova GQ jurnalına qalmaqallı müsahibə verib.
 

Müsahibəsində o bildirib ki, çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına məruz qalması barədə deyilənlər yalandır.
 

"Yalnız sinəmin böyüdülməsi üçün implantatlardan istifadə etmişəm. Plastik əməliyyatlarla bağlı deyilənlər ağ yalandır. Ümumiyyətlə, haqqımda çox yalanlar deyilir. Gözəlliyimin sirri pəhriz və idmandır. Başa düşürəm ki, mənə paxıllıq edənlər çoxdur. Qoy, etsinlər", - V.Lukyanova deyib.

Onun sözlərinə görə, ayrı-ayrı millətlərin nümayəndələri arasında nikahlar yolverilməzdir.
 

"Belə nikahlar millətləri eybəcərləşdirir. Məsələn, əyriburun, tüklü, əyriayaqlı bir qafqazlı ukraynalı qızla evlənərsə, bu nikahda doğulacaq uşaq təbii ki, gözəl olmayacaq. Beynəlmiləl nikahlar, etnosların qarışması çox pis işdir. Mən də ərə getməyəcəyəm. 1950-1960-cı illər yadınızdadırmı?! Rus və ukraynalı qadınlar necə gözəldilər. Amma sonra rus qadınlar qafqazlılara, ya da ermənilərə ərə getməyə başladılar, genofond pozuldu, eybəcərləşdi. Ailə həyatını təsəvvür etmirəm. Ailəli qadın yaşamına, uşaq anası obrazında özümə nifrət edirəm. Əsla ərə getməyəcək, uşaq doğmayacağam. İşgəncələrdən ölərəm, amma ərə getmərəm, ailə qurmaram.", - V.Lukyanova bildirib.
 

Milli.Az

Xəbərin mənbəyi: "This Is Not a Barbie Doll. This Is an Actual Human Being."

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.