Maraqlı

Əxlaqsız müəllim sərbəst buraxıldı - FOTO

8 Aprel 2014 14:27
5 Şərh     Baxış: 2 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərs dediyi məktəbdə 16 yaşlı şagirdi tovlayıb yoldan çıxaran, onu cinsi əlaqələrə vadar edən Kelli Bercesin məhkəməsi başa çatıb.
 

İngiltərənin Bristol şəhərindəki Kral Məhkəməsinin qərarına görə, 26 yaşlı K.Bercesə pedaqoji fəaliyyətlə məşğul olmaq yasaqlanıb. Bundan başqa, o, cəzanın yerinə yetirilməsinin 2 il müddətinə təxirə salınması ilə 10 ay müddətinə azadlıqdan məhrum olunub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, istintaq materiallarına görə, Kelli Berces dərs dediyi şagirdə 7 ay ərzində 12 mindən artıq SMS yollayıb. Bu SMS-lərin tam əksəriyyəti açıq-saçıq, tərbiyəsiz məzmunda olub. Üstəlik, Kelli Berces SMS-lərlə yanaşı, tovladığı yeniyetməyə lüt fotolarını da yollayıb.

Dram və ədəbiyyat dərsləri deyən müəllimin əxlaqsızlığı onun şagirdinin hospitala müayinə üçün getdiyi zaman aşkarlanıb.

Psixoloqun suallarını cavablayarkən həmin şagird müəllimin təcavüzlərinə məruz qaldığını, dəfələrlə cinsi əlaqəyə vadar olunduğunu etiraf edib.
 

Kelli Berces Snapchat vasitəsilə şagirdinə açıq-saçıq mesajlar yazaraq yarıçılpaq və lüt fotolarını da yolladığını etiraf edib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.