Maraqlı

Məşhur xanım öldü: səbəblər bilinmir - FOTO

8 Aprel 2014 11:30
0 Şərh     Baxış: 6 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin tanınmış jurnalist və teleaparıcılarından olan Piçes Gedolf müəmmalı şəkildə vəfat edib.

P.Gedolf məşhur musiqiçi Bob GedolfPola Yetsin qızıdır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Piçes Gedolfun cəsədi İngiltərənin Kent qraflığındakı Uorthem şəhərindəki evdə aşkarlanıb.

Polisdən verilən məlumata görə, qəfil və müəmmalı ölüm intihar, dərman preparatları və ya narkotik vasitələrlə zəhərlənmə ilə bağlı deyil: "Ölümqabağı ağır narkotik vasitələr və ya travma izləri aşkarlanmayıb".
 

Piçes Gedolfun atası Bob Gedolf irland müğənni, 1970-1980-ci illərdə "Boomtown Rats" qrupunun lideri olmuş sənətçidir.

Piçes Gedolf jurnalistika karyerasına 15 yaşında, Elle jurnalına köşə yazıları yazmaqla başlamışdı. Son vaztlar o, Daily Telegraph üçün köşə yazır, habelə The Guardian-la əməkdaşlıq edirdi.
 

25 yaşlı xanım həm də qlamur ulduz idi.

Piçes Gedolfun İnstagram-dakı son mesajı uşaqlıq illərində anası Pola Yetsin qucağında çəkirdiyi foto idi.
 

Piçesin 11 yaşı olanda, 2000-ci ildə Pola Yets həddən artıq heroin qəbul etdiyi üçün keçinmişdi.

Piçes Gedolf da narkotik maddələr qəbul edirdi.
 

"Narkotik maddələrlə eksperimentlər aparır, içir, sonra da əylənməyə gedirdim. Amma anamın başına gələn faciə narkoman olmağıma imkan vermirdi. Özümü saxlayırdım", - Piçes Gedolf deyirdi.

2008-ci ildə P.Gedolf 190 funt-sterlinqə narkotik maddə satdığı üçün tutulmuşdu. İki ay sonra isə o, həddən artıq kokain qəbul etdiyi üçün huşunu itirmiş, koma vəziyyətinə düşmüşdü. O, reanimasiyaya aparılmışdı.
 

Piçes Gedolf iki dəfə ərdə olmuşdu. Onun ilk nikahı rok-musiqiçi Maks Drammi ilə idi. 6 ay davam edən nikah 2009-cu ildə dağılmışdı.
 

Sonra Piçes rok-musiqiçi Tomas Koenə ərə getdi və bu izdivacda iki oğul doğdu. Uşaqların böyüyünün 2 yaşı tamam olmayıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.