Maraqlı

Qəddar ana oğluna işgəncə verir, polis isə... - FOTO

7 Aprel 2014 16:31
2 Şərh     Baxış: 3 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində 6 yaşlı Syao Bini anası vəhşicəsinə döyür, ona işgəncə verir.


Son dəfə isə qadın balaca Syaonu dərslərini pis oxuduğu üçün dəmir asılqanla döyüb.

İbtidai məktəb müəllimlərinin şikayətlərindən sonra uşağın evinə getmiş polis əməkdaşlarının xəstəxanaya apardıqları Syao Binin belində qançır və gematomalar vardı.


"Uşağa fiziki zor tətbiq edilməsi, onun vəhşicəsinə döyülməsi şübhə doğurmur", - həkimlər müayinədən sonra deyiblər.

Syaonun oxuduğu məktəbdəki müəllimlər də uşağın sürəkli döyüldüyünü bildiriblər.


Polis isə Syaonun anasını həbs etməyib.


"Həbs üçün yetərli sübutlar və səbəb yoxdur. Anasının dediyinə görə, Syao sözə baxmadığı üçün cəzalandırılıb. Üstəlik, qadın söz verdi ki, oğlunu bir də belə döyməyəcək", - polisin açıqlamasında deyilir.


Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin cənubundakı Quandun vilayətinin Szyanmen şəhərində yaşanıb.


Ötən həftə isə Szyansi vilayətindəki Çjibianban şəhərinin sakini Çjuan Ven Yuanın boynundan zəncirləndiyi aşkarlanıb.


24 yaşlı oğlunu zəncirləyərək otaqda həbs etmiş 47 yaşlı ata Ven Yuanın dediyinə görə, oğlunu cəzalandırıb.


"O, oğurluq edir, ailəmizin adını batırır. Mən də oğluma oğurluğu tərgitmək üçün onu zəncirlədim", - Ven Yuan deyib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.