Maraqlı

BMW-nin 9-cu nəsil konsepti - FOTO

6 Aprel 2014 20:06
0 Şərh     Baxış: 1 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bavariya konseptinin rəhbərliyi bir qədər əvvəl iki qeyri-adi konseptin təqdimat mərasimini elan etdi. Mərasim İtaliyada dizayner sərgisində keçirilməlidir, lakin şayiələrə görə, prototiplərdən biri ay yarım tez debüt edə bilər.

Milli.Az auto.az-a istinadən bildirir ki, gələcək debütün rəsmi təsdiqi hələ yoxdur. Halbuki Auto Motor und Sport nəşriyyatı "BMW"dəki mənbələrinə istinadən konsernin aprel ayında Pekində keçiriləcək sərgidə 9-cu seriyalı prototip təqdim edəcəyini iddia edir. Bundan başqa, konsept gələcəkdə "BMW"nin yeni flaqman modelinə çevrilə bilər.

Sürücü yerinin yeni tərtibat fəlsəfəsini təqdim edəcəyindən başqa konsept haqqında heç nə məlum deyil. Hələlik konsept hansı ban növünü - keçənilki "Gran Lusso" kimi böyük kupe və ya 7-ci seriya ailəsində olduğu kimi sedan - əldə edəcəyi barədə də məlumat dəqiqləşdirilmir.

Şayiələrə görə, 9-cu seriyanın seriyalı variantı 7-ci seriyanın yeni nəsli və sedan "Rolls-Royce Phantom"la eyni əsasda hazırlana bilər. Hazırki flaqmanın yeni nəsli artıq gələn il işıq üzü görməlidir. Müvafiq olaraq, əgər Bavariya konserninin planları həyata keçsə, 7-ci seriyalı sedan bir il sonra flaqman statusundan məhrum ola bilər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.