Maraqlı

Mercedes-Benz SLS AMG GT3: beşindən biri - FOTO

6 Aprel 2014 21:00
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yaxınlarda  "Sievers Tuning" şirkəti məhdudlaşdırılmış superkar "Mercedes-Benz SLS AMG GT3 45th Anniversary Edition"ın fərdiləşdirilməsini başa çatdırdı.

Milli.Az auto.az-a istinadən bildirir ki, beş eksklüziv avtomobildən birinin sahibi öz avtomobilinin bəzəyini yeniləmək və ona fərdilik vermək qərarına gəldi. Müştərinin arzusunu yerinə yetirmək üçün alman tüninq ustaları ban üçün mülki yarış bolidinin aqressiv xarici görünüşü ilə uyğunlaşan unikal livreya fikirləşiblər.

446 250 avro qiyməti olan bu avtomobilin banı narıncı tutqun örtüklə örtülüb. Onunla təzad olaraq çox sayda tünd aksentlərdən istifadə olunub.

Qara və karbon ban detallarından başqa, bayırda müxtəlif qara loqotiplər, həmçinin damda böyük qartal və spoylerin yanlarında uçan siçan görmək olar.

Bundan başqa, avtomobil tonlaşdırılmış şüşələr, qabaq şüşədə qara "AMG" simvolu olan gündən qoruyan örtük və qapıda qırmızı "722" nömrəsi əldə etdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.