Maraqlı

Köklənmiş BMW X5 - FOTO

3 Aprel 2014 20:56
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təkər disklərinin istehsalı və seriya avtomobillərinin satışdan sonrakı köklənməsi üzrə ixtisaslaşan "D2Forged" şirkəti E70 banında fərdiləşdirilmiş yolsuzluq avtomobili "BMW X5"-i təqdim etdi. 

Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobilin kosmetik tüninqi ilə D2Autosport bölməsinin mütəxəssisləri məşğul olublar. Onlar idman cipinin eksteryerinə təzə və fərdi xarici görünüş təmin edə bildilər. İş ərzində yeni ban elementləri quraşdırıldı, təkər diskləri dəyişdirildi və bəzəklər yeniləndi. 

Yolsuzluq avtomobilinin banı alman atelyesi AC Schnitzer-dən fərqli qabaq bamper, yan astanalar və yenidən işlənmiş arxa bamperdən ibarət olan asma əldə etdi. Bütün qara plastik detalları banın rəngində rənglədilər, şüşələri tonlaşdırdılar və damdakı reylinqləri və pəncərələrin çərçivələrini qara rəngə boyadılar. 

Bana uyğun olaraq qabaqda 22x9,5 düymlük arxada isə 22x11 düymlük boz çoxmilli D2ForgedMB1 Monoblock diskləri seçilib. 

Disklərə aşağıprofilli Vredestein Ultrac Sessanta şinləri "geyindiriblər". 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.