Maraqlı

İkinci Range Rover - FOTOSESSİYA

3 Aprel 2014 21:37
0 Şərh     Baxış: 2 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fevralın sonunda Vorsteiner alman sazlama şirkətinin Amerika bölməsi öz 10 illik yubileyinin bayram edilməsini və bu hadisənin şərəfinə Veritas seriyasından beş eksklüziv Range Rover yolsuzluq avtomobilinin buraxılışını elan etdi. Birinci maşının premyerasından bir aydan bir qədər artıq keçdikdən sonra tüner məhdud sayda buraxılacaq partiyadan ikinci avtomobili təqdim edib. Layihə dəbdəbənin, idmanın və praktikliyin arasında mükəmməl mütənasibliyi təşkil edir və lüks Britaniya cipindən gündəlik nəqliyyat kimi istifadə etməyə imkan verir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Vorsteiner emalatxanası Range Rover-də özünün hazırladığı karbon bodi-kit qurub. O böyük havalanma dəlikləri ilə ön bamperdən, yan ətəklərdən və yenidən işlənmiş arxa bamperdən ibarətdir. Kuzovun xüsusi rəngi, ton verilmiş şüşələr, qara rəngli damı tamamlayan qara aksentlər və Pirelli Scorpion Zero 285/35 şinlərinə "bükülmüş" 24 düymlük Sport Race Forged VSR-163 diskləri iri ingilis yolsuzluq avtomobilinin fərdi stilini vurğulayırlar. Avtomobilin yenidən şəkilləndirilməsində son nöqtə avtomobilin salonunun bahalı dəriylə yenidən üzlənməsi oldu.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.