Maraqlı

Tanış olun: Porsche Macan GTS - FOTO

2 Aprel 2014 22:36
1 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fotocasuslar Avropa yollarında örtükdən tamamilə məhrum edilmiş və tezliklə keçiriləcək debütə açıq-aydın hazır Porsche Macan GTS prototipini aşkar ediblər. Yığcam krossoverin "qaynar" versiyası Macan S və Macan Turbo arasında boşluğu tutacaq və 2014-cü ilin ikinci yarısında bazara çıxarılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, zahirən Macan GTS daha çox Turbo -nu xatırladır və bir sıra detallarda "böyük qardaşı" təkrarlayır.

Hələ ki, GTS-ın gələcək mühərriki haqqında Porsche-dan rəsmi təsdiqləmə yoxdur. Belə güman etmək olar ki, mühərrik 360 - 370 at gücündə olacaq. Onunla krossover 100 km/saata qədər sürətlənməyə təxminən 5 saniyə vaxt sərf edəcək.

Mümkündür ki, Porsche Macan GTS -ın dünya premyerası iki həftədən sonra Nyu-York avtosalonunda baş tutsun.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.