Maraqlı

Yeni Chevrolet Cruze - FOTO

1 Aprel 2014 20:15
2 Şərh     Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çinin CarNewsChina onlayn-nəşri növbəti nəsil Chevrolet Cruze sedanın casus şəkillərini dərc edib. Örtüksüz təsvir edilmiş yeni modelin şəkilləri Amerika istehsalçısının Şanxaydakı zavodu yaxınlığında avtodayanacaqda çəkilib. Maşının ictimai debütünün aprelin sonunda Pekin beynəlxalq avtosalonunda keçiriləcəyi gözlənilir.

Şəkillərdən görünür ki, yeni Cruze başqa radiator barmaqlığı, fərqli bamper, həmçinin başqa şəkildə işıq texnikası əldə edəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, sedanın salonunda çoxsaylı metal yerləşdirmələr olacaq, qabaq panelin dəri tərtibatı, həmçinin iri sensor ekranlı məlumat-əyləncə sistemi yer alacaq.

Çində yeni Cruze əvvəlki modellə eyni zamanda buraxılacaq. Mövcud modelin adına Classic sözü əlavə ediləcək.

İkincillər hazırkı nəsil Chevrolet Cruze şəkilləridir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.